Axtarışda olan 26 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan 26 nəfər saxlanılıb

Kriminal

03 Sentyabr 2020 13:11 857


Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıb.

DİN mətbuat xidmətindən Yenisabah.az-a daxil olan xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Pepperoni pizza

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!