Axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

Kriminal

17 Fevral 2022 11:34 2151


«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22 yanvar 993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Abşeron Rayon Polis İdarəsinin  İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Pepperoni pizza

Barəsində 17 noyabr 2017-ci ildə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. N.Kərimov 13 yanvar 2022-ci ildə Ukraynada müəyyən edilərək saxlanılıb.

17 fevral 2022-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!