Samuxda intihar baş verib.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, hadisə Qədili kəndində qeydə alınıb.
Samux şəhər sakini, 47 yaşlı Vüsal Əliyev meşədə özünü asıb. pizza
Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.
İntihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub. Bu ilin avqust ayında o, Gəncədə tanışı, 34 yaşlı Sevər Məmmədovaya dəhrə ilə ağır xəsarət yetirib.
V.Əliyevin qorxaraq məsuliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Telegram kanalımız