Axtarışda olan şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan şəxslər tutuldu

Kriminal

04 Sentyabr 2020 20:45 1401


Axtarışda olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə barəsində axtarış elan olunmuş Cəbrayıl rayon sakini B.Səfquliyev Beyləqan rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə təqdim olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon sakini V.Hüseynov Bakı şəhəri ərazisində saxlanılaraq aiddiyyatı üzrə təhvil verilib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!