Axundovla bağlı qərar: “Zərərçəkənin” qızı İrəvanı ifşa etdi

Axundovla bağlı qərar: “Zərərçəkənin” qızı İrəvanı ifşa etdi

Hadisə Veb saytların hazırlanması

06 Dekabr 2023 22:30 909


Ermənistanda hərbi əsir kimi saxlanılan Hüseyn Axundov barəsində bu gün ikinci instansiya məhkəməsinin ömürlük cəza çıxarması haqda guya əsgərimizin “qətlə yetirdiyi” iddia edilən Meliksetyanın qızı Ani Meliksetyan maraqlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, erməni mediasına danışan Ani əslində İrəvanın bu qərarının siyasi olduğunu ifşa edib.

O qeyd edib ki, onlara qəfil zəng edilib və şikayətləri ilə bağlı Apellyasiya Məhkəməsində iclasın bu gün keçiriləcəyi bildirilib:

“Məhkəmə iclası bizsiz keçirdi və həmin qatilə ömürlük həbs cəzası verdi. Bəli, bizim məhkəmədən tələbimiz qanuni və ədalətli hökm çıxarılması idi. Amma məhkəmə iclasının gününün dəyişdirilməsi, iclasın çox tez təyin olunması, bizim iştirakımız olmadan məhkəmə iclasının keçirilməsi, nəticədə ömürlük həbs cəzası çıxarılması… Ümid etmək istəyirəm ki, bütün bunlar hiyləgər oyun deyil. Ümumiyyətlə, bəli, biz ömürlük həbs tələb etmişik, amma onu da bilirik ki, məhbusların dəyişdirilməsi məsələsi var”.

Jurnalist Axundovun Bakıda istintaqı gedən Qarabağın “hərbi-siyasi rəhbərliyi, keçmiş prezidentləri, generalları, yüksək rütbəli məmurları ilə” mübadiləsi məsələsinə zərərçəkənin hüquqi varisinin münasibətini öyrənib və bununla da əslində Ermənistan hakimiyyətinin niyyətini ortaya qoyub.

Buna cavab olaraq isə Ani deyib ki, mübadilə haqda ailənin xəbəri olmadan kimsənin qərar verməyə mənəvi haqqı yoxdur.

Göründüyü kimi, Ermənistanın Axundova ömürlük cəza verməklə, onu Azərbaycanda həbsdə olan və yaxud istintaqı aparılan hansısa cinayətkarla mübadilə subyektinə çevirdiyini ermənilər özləri də etiraf edirlər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!