“Ay bədniyabət tayfa, nədir bu ibnəlik?!“     – Murad Arifdən ağır sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Ay bədniyabət tayfa, nədir bu ibnəlik?!“   – Murad Arifdən ağır sözlər

Şou

16 May 2020 12:06 2087


Müğənni-bəstəkar Murad Arif toy sektorunun dayanmasına sevinənləri sərt şəkildə tənqid edib. 

Yenisabah.az xəbər verir ki, o, toyların təkcə müğənniləri yox, digər sahələrin insanlarını da dolandırdığını yazıb: "Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Bu sektor dükanları, gözəllik salonlarını, gül-dekor xidmətini, şirniyyatı, aşpazları, fotoqrafları, videoqrafları, xidmət sektorunu, təmir işçilərini, avtomobil icarəsi, dərziləri, geyim dükanları, ziynət əşyaları satanı, elektronika malları, ev kirayəsi, daşınmaz əmlak satışı da daxil olmaqla böyük bir ölkəni işlə təmin edən sistemdir. Hər müğənninin də 10-15 nəfər sənətçidən ibarət ansamblı olur. Müğənni sayəsində ölkədə bütün audio-video istehsalat işçiləri, lap elə media da dolanır. Xadiməsini, ofisiantını, taksisini demirəm...” 

Müğənni bu xəbərə sevinənləri təhqir də edib: “Ay dərdə sevinən bədniyabət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!" pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!