Son günlər karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardımıyla gündəmə gələn idmançı Kamil Zeynallı ötən gün küçədə qalan kişiyə köməklik göstərməsiylə bağlı görüntüləri sosial şəbəkədə paylaşıb.
Yenisabah.az xəbər verir ki, idmançı əlil və yaşlı kişinin kimsəsizlər evinə yerləşdirilməsinə vasitəçi olub. O, əlil kişini qaldığı günlük evdən qovanlara səslənib.
Əsəblərini cilovlaya bilməyən Kamil onları təhqir edib: “Bu kişini görən adamlar mənə zəng etdilər. Bildirdilər ki əlil adamdır, kömək lazımdır, qalmağa yeri yoxdur. Sağ olsunlar, mən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurub xəbər verdim. Bu kişi kimsəsizlər evinə yerləşdirildi. Pulunu verə bilmədiyi üçün onu günlük qaldığı evdən qovmuşdular. Allah elə insanların insafını kəssin. Sutkalıq evlərdə belə insanları saxlayırlar, pulunu verə bilməyəndə də qovurlar. Ay şərəfsiz, görürsən ki, pulu yoxdur, əlil adamdır qoy qalsın da. İnsansan da. Görürsüz ki, əlil adamdır niyə çıxardıb çölə atırsınız, ay şərəfsizlər, alçaqlar?! Sağ olsun dövlətimiz ki, bu cür insanlara şərait yaradıb. Bu kişi burada qalacaq, gündə üç dəfə yeməklə təmin olunacaq”. Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız