“Ay vəhşi, ay o vəhşini doğan vəhşi...” – Zaur “od püskürdü” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ay vəhşi, ay o vəhşini doğan vəhşi...” – Zaur “od püskürdü” - Video

Şou

08 Yanvar 2020 07:32 1897


Ötən ilin noyabrında itkin düşən və dünən yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli sosial şəbəkələrdə da müzakirə olunur. Bu faciəyə məşhurlar da biganə qalmayıb. Onlar bununla bağlı paylaşım ediblər.

“Yeni Sabah” xəbər verir ki, hadisəyə səssiz qalmayanlar arasında teleaparıcı Zaur Baxşəliyev də olub. O, ATV-də yayımlanan “BizimləSən” proqramında qatilin (Və ya 2atillər) ünvanına sərt ifadələr səsləndirib:

“Ay vəhşi, ay o vəhşini doğan vəhşi, ay o vəhşini əkən vəhşi, belə körpə uşağa qıymaq olarmı? Mən kənd camaatından rica edirəm. Axşam saatları olub. Ola bilməz ki, siz görməyəsiniz. Kimsə görübsə, qorxmasın, anonimliyi qorunacaq. Bizə, polisə, kiməsə xəbər verin. Bu körpələr bizim gələcəyimizdir, sabahımızdır. Nə qədər vəhşi, nə qədər alçaq, qəddar, amansız olasan ki, uşağa qarşı  belə bir addımı atasan.  Mən xahiş edirəm kənd camaatından, biganə qalmayın. O uşaq kəndin içərisində gətirilib, atılıb, yandırılıb. Yalvarıram sizə biganə qalmayın”. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!