“Ayağa qalxanda sanki hər şey üstümə gəlir” - Koronaya yoluxan aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Ayağa qalxanda sanki hər şey üstümə gəlir” - Koronaya yoluxan aparıcı

Şou

10 Aprel 2021 19:30 992


Koronavirusa yoluxan aparıcı Aytən Səfərova yüksək təzyiqdən əziyyət çəkdiyini deyib.

Yenisabah.az xəbər verir ki, Aytən Səfərova "İnstagram"da video paylaşaraq bu sözləri qeyd edib:

"Hazırda yüksək təzyiqdən əziyyət çəkirəm. Bu məni çox narahat edir. Evdə həkim nəzarətindəyəm. Təzyiq mənə pis təsir edir. COVID 19-a yoluxanlar bilirlər ki, bu virus qanı qatılaşdırır. Ona görə də xəstələrə qandurulducu vasitələr vurulur. Qanım qatı idi. Nəticə etibarı ilə bu problemlər məndə təzyiq problemləri yaradıb. Təzyiqim yuxarı qalxır, aşağı düşür. Ayağa qalxdıqda sanki hər şey üstümə gəlir. Bir ara düzəldim, amma indi fəsadlarını hiss edirəm. Ona görə həkimlərimiz sağ olsunlar, məni nəzarətdə saxlayırlar. Ümid edirəm ki, yaxın dörd-beş gün ərzində sağalacam və tezliklə ayağa qalxacam. Bir az öskürək qalıb, bu da COVID- 19-dan sonra olan bir haldır. Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq, hazırda qaynanam Abşeronda modul tipli xəstəxanadadır. Dəstək olan hər kəsə təşəkkür edirəm". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!