“Ayağıma “tok” verirdilər...” - Aqşin və Hüseyn əsirlikdə yaşadıqlarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ayağıma “tok” verirdilər...” - Aqşin və Hüseyn əsirlikdə yaşadıqlarından danışdı

Hadisə

14 Dekabr 2023 13:41 952


Xəbər verdiyimiz kimi, ötən gün hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan əsirliyindən azad edilib.

“Yeni Sabah” xəbər verir ki, Aqşin Bəbirov və Hüseyn Axundov AzTV-yə əsirlikdə yaşadıqlarından danışıb.

"Yemək verirdilər, amma verməsələr ondan yaxşı idi. Ailəm üçün çox darıxmışdım. Mən geri dönəcəyimə inanırdım",-deyə Hüseyn Axundov bildirib. Dominos pizza

Aqşin Bəbirov isə bildirib ki, ayağında və qabırğalarında narahatlıqlar var:

“Ayağıma “tok” veriblər. İndi revmatizm var, amma normaldır. Şükür, özümü idarə edə bilirəm. Qabırğalarımda da əzilmələr var. Bacardığımız qədər yaxşı olmağa çalışırıq”,-deyə Aqşin Bəbirov bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!