“Ayaks” Azərbaycana yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Ayaks” Azərbaycana yola düşdü

İdman

22 Oktyabr 2024 17:43 645


"Ayaks" Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi matç üçün Azərbaycana gəlir.

Yenisabah.az xəbər verir ki, Niderland təmsilçisini daşıyan təyyarə Bakıya doğru yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabah "Ayaks"ın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı təşkil olunacaq. Konfrans saat 18:00-da start götürəcək. Komandanın “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq. Toyuqlu pizza

Oktyabrın 24-də keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu saat 20:45-də start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!