Ayaq qoxusu bu xəstəliyin xəbərçisi ola bilər - Həkimlərdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Ayaq qoxusu bu xəstəliyin xəbərçisi ola bilər - Həkimlərdən xəbərdarlıq

Sağlamlıq

17 Avqust 2023 13:39 3474


Təhlükəli xəstəliklərdən olan şəkərli diabetin əlamətləri gündəlik həyatımızda hiss olunmaya bilər. Lakin bir neçə məsələyə diqqət yetirdikdə xəstəliyi erkən hiss etmək mümkündür.

Yenisabah.az xəbər verir ki, bütün dünyada ən geniş yayılmış xəstəlik olan şəkərli diabetin əlamətlərindən biri də ayaq qoxusudur.

Mütəxəssislərin fikrincə, ayaq yarası irinlənməyə başlayanda bu irin qoxulu iz qoya bilər. Bilmədiyimiz bu yaralar dözülməz ayaq qoxusuna səbəb olur. Marqarita pizza

Qan şəkərinin səviyyəsi çox yüksəldikdə dəri sinir zədələnməsinə görə özünü bərpa edə bilmir. Yəni hətta kiçik bir zədə belə ciddi ayaq yarasına səbəb olur.

Ayaq yarasından ləkə və qoxuya malik olan axıntı gəlirsə, bu zaman mütləq həkimə getmək və şəkəri yoxlatmaq vacibdir.

Diqqət edilməli olan digər əlamətlər isə ayaqda olan qeyri-adi şişlik, rəng dəyişiklikləri, qıcıqlanma, qızdırma və qripə bənzər simptomlardır.

Diabetoloqlar bildirir ki, şəkər xəstələri ayaq problemlərinin əlamətlərini gördükdə həkimə müraciət etmək çox vacibdir.

Gülxanım Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!