Ayaqqabının dabanında türməyə narkotik keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Ayaqqabının dabanında türməyə narkotik keçirmək istədilər

Hadisə

02 Dekabr 2020 15:46 657


8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Yenisabah.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilib. Bu zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!