Ayaz Quliyev “Sabah”da

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Quliyev “Sabah”da

İdman

28 Avqust 2023 22:15 447


Ayaz Quliyevin “Sabah” klubuna keçidi rəsmiləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib. Dominos pizza

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, “Sabah”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!