Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, məhkəmə şair İlham Qəhrəmanın yazısında AYB-nin şərəf və ləyaqətinə toxunan sözün olub-olmaması ilə bağlı məhkəmə-linqvistik ekspertizası təyin edilməsi barədə qərar verib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb. pizza hut
AYB şair İlham Qəhrəmanın mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddalarla bağlı məhkəməyə müraciət edib. AYB qarşı tərəfin həm üzr istəməsini, həm də maddi təzminat olaraq 5000 manat ödəməsini tələb edir.
Telegram kanalımız