Aybəniz Haşımova: Heyf ki çox gecdir

saytların hazırlanması

Evə çatdırılma

Aybəniz Haşımova: Heyf ki çox gecdir

Şou

27 İyun 2024 11:42 604


Əməkdar artist Aybəniz Haşımova instaqram hesabında arxiv fotosunu paylaşıb.

Yenisabah.az xəbər verir ki, o, gənclik illərini əks etdirən fotoya bu sözləri əlavə edib:

“İllər ötür... O qızı, o körpəni axtarmağa başlayırsan... O isə çox uzaqlarda, səndən uzaq bir sahildə səni gözləyir. Gözləyir ki, tutub onun əlindən ucu-bucağı görünməyənlərə, yeni arzulara doğru gedəsən. Sən isə üzü yoxlara tərəf gedirsən. pizza

Nə qəribə həyatdır, elə deyilmi? Onsuz, səninlə yaşlanan gənclik. Hara gedirsən ay karvan köçü? Heç olmaya yerini de barı. Sənin üçün bərk darıxanda gəlib üzünü görüm, səsini eşidim, tellərinə yağan ag örpəyi doğrayib yollarına səpim. Sən getdin, mən də arxanca baxa-baxa qaldım. Sən getdin, həsrətdən alışdım-yandım. Sən getdin, sənə heç çata bilmədim, əlivida belə deyə bilmədim. Sən getdin, boylandın xatirələrdən, baxırsan şəkillərindən.

Mən isə “bir vaxtlar o qız mən idim” dedim. Qoruyub ovcumda tuta bilmədim, indi hey qaçıram onun ardınca, heyf ki çox gecdir, çata bilmirəm”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!