İsrail alimləri Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar.
Yenisabah.az "Phys"ə istinadla xəbər verir ki, layihənin 2025-ci ilə qədər özəl kosmos missiyasının bir hissəsi olaraq işə salınması gözlənilir.
Toxumlar “Beresheet 2” kosmik gəmisi ilə suvarma sistemi olan təzyiqli kameranın içərisində Aya çatdırılacaq. Toyuqlu pizza
Mütəxəssislər ekstremal şəraitdə yaşaya bilən bitki növlərinin cücərməsini və böyüməsini müşahidə etməyi planlaşdırırlar. Bunlardan biri Avstraliyada yetişən və su olmadan uzun müddət yaşaya bilən “Micraira” cinsindən otdur.
Alimlər deyirlər ki, "Ay ferması" layihəsi Ayda uzunmüddətli insan məskənlərinin qurulması üçün vacib olan qida, dərman və oksigen üçün bitkilərin yetişdirilməsi istiqamətində ilk addımdır.
Bundan əlavə, bu platforma vasitəsilə Yer kürəsində ən əlverişsiz şəraitdə qida məhsullarının yetişdirilməsi üçün sistemlərin yaradılması mümkün olacaq. Bu isə iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin əsasını təşkil edəcək.
Telegram kanalımız