Aydın Bəşirov dəfn edildi - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Aydın Bəşirov dəfn edildi - YENİLƏNİB

Sosial

30 Dekabr 2019 09:47 1245


Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov dəfn edilib.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər. Dominos pizza

***

Türkiyədə vəfat edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.

"Yeni Sabah"ın “Report”a istinadən xəbərinə görə, mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

A.Bəşirovun yas mərasimi Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib.

Xatırladaq ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!