Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?

saytların hazırlanması

Evə çatdırılma

Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?

Siyasət

15 Sentyabr 2020 14:42 2227


Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat alan deputat Aydın Hüseynov partiyada daha yüksək vəzifəyə təyin edilə bilər. 

Yenisabah.az xatırladır ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqaldan sonra YAP-ın icra katibinin müavini postundan istefa verən deputat Siyavuş Novruzov həm də Təşkilat şöbəsinin müdiri vəzifəsini tuturdu. Deməli, icra katibinin müavini postundan istefa verən Siyavuş Novruzov ikinci vəzifəsini də ititrməli olub. Ehtimal olunur ki, Təşkilat şöbəsinin müdiri vəzifəsi Aydın Hüseynov üçün tramplin ola bilər. Güman ki, o, növbəti mərhələdə icra katibinin müavini postuna təyinat alacaq. 

YAP-ın nizamnaməsinə görə partiyanın İcra katibliyini və İdarə Heyətini Siyasi Şura seçir. Lakin icra katibinin müavini postuna təqdimatı partiya sədri verir. Aydın Hüseynov sədrin etimadını doğruldacağı təqdirdə icra katibinin müavini postuna yiyələnə bilər. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!