Aydın Xanın ərə vermək istədiyi 76 yaşlı anası danışdı

saytların hazırlanması

Evə çatdırılma

Aydın Xanın ərə vermək istədiyi 76 yaşlı anası danışdı

Maraqlı

21 Fevral 2023 12:59 1437


Xəbər verdiyimiz kimi, tanınmış kultroloq Aydın Xan Əbilov "Space TV"də yayımlanan "Gəl, danış Amil Xəlil ilə" verilişində “anamın 76 yaşı var, istəyərdim ki, ailə qursun” sözləri geniş müzakirəyə səbəb olub. 

Pravda.az xəbər verir ki, aparıcı Amil Xəlil kulturoloqun bu açıqlamasından sonra onun anası ilə görüşmək üçün Lənkərana gedib.

Aydın Xan Əbilovun anası oğlunun açıqlamasını ciddi qəbul edib: “Səkkiz övladım var. Uşaqlarım, nəvələrim hamısı zəng edir ki, bu nə sözdür anama deyirlər? Heç bilmirəm ki, Aydın Xan nəslimizdə kimə oxşadı. Allah hamınızı xəta-bəladan uzaq etsin. Mənim həyatım mənim övladlarımdır. Onları oxutmuşam, həyat yoldaşım müəllim idi. Müəllimlər əvvəllər çox maaş almırdılar. Özümü oda-suya vurmuşam, həyətimin meyvələrini satmışam, uşaqlarımı oxutmuşam. Beş qız köçürmüşəm, üç nəvəmi də evimdən köçürmüşəm…”  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!