Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ - VİDEO

Şou

08 Avqust 2023 17:26 1203


"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi ki, meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".

Yenisabah.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib.

O bildirib ki, nə özü, nə də əri Aydının meyxanaçı olmağını istəməyiblər: Toyuqlu pizza

"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi, oradan çıxardırdı. Deyirdim ki, ürəyi istəyir qoy desin. Deyirdi, yox, imkan vermərəm meyxana desin".

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!