Ayətullah Xamenei özünə nəzarəti tam itirib? –   Günün yarısını yatır...

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamenei özünə nəzarəti tam itirib? – Günün yarısını yatır...

Dünya

21 Oktyabr 2025 08:34 1383


İsrailin kəşfiyyat xidməti "Mossad" İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə bağlı müəmmalı məlumatlar yaymaqda davam edir və onun səhhəti ilə bağlı təfərrüatları açıqladığını iddia edir.

Bu haqda yəhudi mediası xəbər yayıb.  "X" şəbəkəsindəki farsdillli "Mossad Farsi"  hesabının dərc etdiyi "tvit"də Xameneinin "özünü anlamaq və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirdiyi" iddia edilir və İranın faktiki olaraq onun müşavirləri tərəfindən idarə olunduğu bildirilir.

 "Özünü lider adlandıran adam əslində öz vəzifəsini yerinə yetirmək iqtidarında deyil. O, 10 dəqiqədən artıq diqqətini cəmləyə bilmir. O, özünü dərk etmək və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirib. İranı onun müşavirlər komandası idarə edir. Nə lider, nə siyasət, nə dövlət var... Nəzarət əldən çıxıb. Hər kəs öz yolu ilə gedir, lazım bildiyini edir", - "Mossad"ın "X" hesabında belə deyilir. pizza mizza

 Xatırladaq ki, iyul ayında "Mossad Farsi" Xameneinin  guya narkoman olduğunu, günün yarısını yatdığını, yarısını isə narkotik qəbul etdiyini bildirən "tvit" yazmışdı. /Moderator.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad
    Siz erməni soyqırımını tanıyan sionist israili yaman təbliq edirsiz.indidə başlamısız ıran söhbətinə siz media olaraq hansı problemləri işıqlandırmısız indiyə qədər,sizlər nə qədər bu Azərbaycana düşmənsiz,mənim nəyimə lazım ümumiyyətlə qonşu ölkələrdə nə baş verir,siz media ünsürləri niyə bu qədər bicanəsiz Azərbaycanın iç problemlərini işıqlandırmaq,niyə sizlər bu qədər satqınsız
    7 months ago