"Düşmənlər mütləq əks-cavab alacaq! Həm Amerika, həm də sionist rejim düşmənləri bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə mütləq sərt şəkildə cəzalanacaqlar!"
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi bildirib.
O, ABŞ səfirliyinin ələ keçirilməsi ilə bağlı yubiley tədbirində çıxışı zamanı deyib: pizza sifarişi
"Problem beynəlxalq zülmlə üzləşmədir. İslam təlimlərindən ilham alan İran xalqı üçün zülmə qarşı durmaq bir vəzifədir. Düşmənlər mütləq əks-cavab alacaq! Həm Amerika, həm də sionist rejim düşmənləri bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı etdiklərinə görə mütləq sərt şəkildə cəzalanacaqlar!
İran millətinin təkəbbürlə (Qərb və İsrail - red.) qarşıdurmasında insani, islami və beynəlxalq məntiqə uyğun rasional və hikmətli hərəkatı davam etməlidir. Təkəbbürə qarşı hərəkatının davam etdirilməsi elm, təfəkkür, texnologiya və yol xəritəsi tələb edir".
Telegram kanalımız