Ayətullah Xamnəinin məhərrəmliklə bağlı məclislərdə hələlik iştirak etməməsi İranda müzakirə mövzusuna çevrilib.
Yenisabah.az xəbər verir ki, siyasi ekspert Kamil Bağerzadə kiberməkanda bununla bağlı status yazıb:
"Ali Rəhbərin əza məclislərində iştirak etməməsi nadir, görünməmiş və ya qəribə hadisə deyil. Əslində, o, xarakterinə və ənənələrinə sadiqdir və həmişə şəxsi mühafizə qrupunun rəyini şəxsi maraqlarından üstün tutur". Marqarita pizza
K. Bağerzadə bundan bir qədər əvvəl İranda keçirilən müharibədə həlak olanların dəfnində də iştirak etməməsini də düşünülmüş addım adlandırıb və bunu təhlükəsizlik tələbləri ilə izah edib.
Telegram kanalımız