Ayətullah Xamnəi Trampa meydan oxudu: Ayağa qalxa bilmir

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəi Trampa meydan oxudu: Ayağa qalxa bilmir

Dünya

17 Fevral 2026 14:28 331


"Gəmi təhlükəli qurğudur, amma daha təhlükəli bu gəmini dənizin dibinə batıra biləcək silahdır".

"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi təbriz sakinləri ilə görüşdə bildirib.

Görüş 1978-ci ildə Təbriz camaatının qiyamının ildönümünə həsr olunub.  pizza hut

Tədbirdə Şərqi Azərbaycan əyalətinin müxtəlif təbəqələrindən olan minlərlə insan iştirak edib.

"Birləşmiş Ştatlarının Prezidenti dünyanın ən güclü ordusuna sahib olduğunu deyir. Dünyanın ən güclü ordusu bəzən o qədər güclü zərbə alır ki, ayağa qalxa bilmir. Onlar daim deyirlər ki, İrana gəmi göndərmişik. Əlbəttə, gəmi təhlükəli qurğudur, amma daha təhlükəli bu gəmini dənizin dibinə batıra biləcək silahdır.

Prezident son çıxışlarından birində bildirib ki, 47 ildir ki, ABŞ İslam Respublikasını məhv edə bilməyib. Bu, yaxşı bir etirafdır və mən deyirəm: "Siz də bunu edə bilməyəcəksiniz", - deyə Xamnəi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!