Ayətullah Xamnəinin müşaviri Putini təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəinin müşaviri Putini təhqir etdi

Dünya

19 Avqust 2025 14:54 12790


İran Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin avqustun 18-də atdığı tvit geniş müzakirə doğurub.

Yenisabah.az entekhab-a istinadla xəbər verir ki, həmin tvitdə o, "Alyaska", "Ukrayna", "Qafqaz" və "Mərd-e-Hezar-Chehre" həştəqlərindən istifadə edib.

Sonuncu söz farscadan tərcümədə "Mindilli", yaxud "Minsifətli adam" mənaları verir. Marqarita pizza

"Güclü və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə heç vaxt icazə verməyəcək" yazmış Vilayətinin son həştəqdə kimi nəzərdə tutduğuna dair mübahisələr başlayıb.

Müşavirin "X" sosial şəbəkəsində vurğuladığı səciyyənin Vladimir Putinə aid olduğuna dair rəylər üstünlük təşkil edir.

Bir çoxları Rusiya prezidentinin sammitdən sonra Donald Tramla birgə mətbuat konfransında jurnalistlər qarşısında göstərdiyi mimikalara istinad edərək Əli Əkbər Vilayətinin məhz Putini "Minsifətli adam" adlandırması rəyindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Novruz
    Taylı tayın tapmasa günü ah vayla keçər. Dünya dağılınca sizlərin sifəti hələ çox artacaq. Email nəyə lazımdır?
    9 months ago
  • ilqar Abbaszade
    Kor kora kor deməsə bağrı çatlar.
    9 months ago