Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.
Yenisabah.az xəbər verir ki, sənətçi bu il də ənənəsinə sadiq qalaraq ad günündə yeni klipini təqdim edib.
50 yaşını qeyd edən Aygünün “Bu qadın” adlı yeni klipi rəsmi “Youtube” kanalında paylaşılıb. Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. pizza
Sosial şəbəkə hesabında klipi paylaşan müğənni “Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram” – deyə, şərh yazıb.
Telegram kanalımız