Aygün Faiq Ağayevə söz atdı: “Gəl, görək sənin...”

saytların hazırlanması

Evə çatdırılma

Aygün Faiq Ağayevə söz atdı: “Gəl, görək sənin...”

Şou

08 Mart 2021 20:15 1188


Mədəniyyət Nazirliyindən şikayətim var. Ümid edirəm ki, indi yaxşı olacaq. Keçmiş nazirin yanına gözəl təkliflə getmişdim. Müasir rəqslə bağlı təklif edirdim. İstedadlı rəqqaslarımız var, amma o səviyyədə deyil. Öz cibimin düşməni deyiləm ki. Nə şoular, konsertlər etmişəmsə, xaricdən rəqs qrupu gətirmişəm. Onların da pulu çoxdur.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni Azərbaycanda rəqs qrupu yaradılması üçün dəfələrlə nazirliyə müraciət etdiyini söyləyib.

A.Kazımova həmkarı Faiq Ağayevin konserti ilə öz layihələrini müqayisə edib: Toyuqlu pizza

"Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram. Əlbəttə, qazanarsan. Gəl, görək sənin konsertinin büdcəsi nə qədərdir, mənimki nə qədər. Elə bir rəqs qrupuna ödədiyim məbləğ bir çoxunun ümumi konsertinin büdcəsi qədərdir. O qədər keyfiyyətli, gözəl, peşəkarlarla dolu iş istəyirəm ki, məbləğ də qalxır".   /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!