Aygünlə Namiq yenidən... -  “Sözlər bizi çox tutdu”

saytların hazırlanması

Evə çatdırılma

Aygünlə Namiq yenidən... - “Sözlər bizi çox tutdu”

Şou

04 May 2024 11:13 467


“Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “İncə səhər” verilişində deyib.

O, Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. Pepperoni pizza

N. Qaraçuxurlu bildirib ki, illər sonra hazırladıqları layihəni mayın sonunda təqdim edəcəklər:

“Artıq mahnımız aranjiman edilir. Düşünürəm ki, maraqlı bir iş ortaya çıxardacağıq. Sözləri mənim “Arzu tut” mahnımı yazan Xəyyama məxsusdur. Sözlər bizi çox tutdu, ona görə də bunu seçdik. Burada həsrət və intizar var. İnsanlara düşünürəm daha doğma gələr. Çox toxunan ifadələrdir. Bu mahnı toylarda oxuyub, bəy-gəlinin oynaması üçün deyil. İnsanları düşünməsi və təsir etməsi üçündür. Bu mahnını dinləyicilər eşidib yaşaya biləcəklər.

Apreldə mahnını çıxartmaq istəyirdik. Amma çatdıra bilmədik. İstəyirik ki, yaxşı bir iş olsun. Klipin olub-olmayacağı haqda heç bir şey deyə bilmərəm. Əsas mahnının hazır olmasıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!