“Aygünün balaca səsi, Röyanın böyük ürəyi var“   -  Qorxmaz Əlili

saytların hazırlanması

Evə çatdırılma

“Aygünün balaca səsi, Röyanın böyük ürəyi var“ - Qorxmaz Əlili

Şou

11 Yanvar 2021 16:27 1102


“Aygün gözəlliyi ilə yadda qaldı. Oxumağı demərəm ki, pisdir, amma oxuyur. Bir balaca səsi var, ondan istifadə etməyi bacarır. Amma Röyanın çox böyük ürəyi var. Bəzi xüsusiyyətləri var ki, onları onda görmək istəməzdim. Məsələn, açıq-saçıqlıq, danışıq tərzi...”

Bu sözləri əməkdar artist Qorxmaz Əlili Azərbaycanda "Nömrə 1" müğənnilər haqda danışarkən deyib.

Yenisabah.az xəbər verir ki,  Lent.az-a müsahibə verən aktyor müğənnilərin etika qaydalarına riayət etməyinin önəmindən danışıb: Pepperoni pizza

“Elə qadın var ki, deyir ki, "Alə, elə deyileee" belə xanım olar? Müğənni gərək xanım-xatın olsun. Bunların çoxu oxumağı bir kənara qoyur, elə hərəkətlər edirlər ki, oxumaq gözdən düşür. Demirəm ki, Aygün-Röya belədi, sadəcə ümumi danışdım. Seçim arasında qalsaydım, oxumaq üçün Röyanı seçərdim. Onun ürəyi böyükdür. Aygün də pis oxumur. Səs baxımından Samira Allahverdinin, Sevda Ələkbərzadənin, Manananın səsi gözəldir. Səs başqa şeydir...”

Sənətçi son günlər tənqid atəşinə tutulan Röyanın Yeni ildə rəqs etməsinə də münasibət bildirib:

“İstəməzdim ki, belə bir şey olsun. Videonu özü paylaşıbsa, günah özündədir. Məsələn, mən bu il evdə Yeni il qeyd eləmədim. Ölkəmiz də qeyd etmədi. Biz ölənə qədər şəhidlərimizə borcumuz var. Ölüm haqdır amma hər kəs öz canından keçə bilməz. Görün onlarda nə qədər vətən sevgisi var. Onlar ölür ki, özündən sonrakı nəsil yaşasın. Bir sözlə, gərək Röyanın o hərəkəti olmayaydı. Televiziyalarda da repertuarlar dəyişərdi. Yeni il günü İTV-nin "Ötən günlər" verilişi çox xoşuma gəldi. Həmin verilişə baxıb ağlayırdım. İstərdim ki, bir gün də şəhid günü qeyd edək. Necə ki, Xocalı günü qeyd edirik, elə də Şəhid günü olsa yaxşı olardı. Məsələn, müharibə 27 sentyabrda başlanıbsa, həmin günü də şəhid günü kimi qeyd etmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!