“Ayıbdır, özünü ağır apar” - Xalq artistindən irad

saytların hazırlanması

Evə çatdırılma

“Ayıbdır, özünü ağır apar” - Xalq artistindən irad

Şou

19 İyun 2020 08:03 2144


"Məni ən çox əsəbiləşdirən bəzi aparıcıların efirdə şit-şit hərəkət etməsidir. Verilişə dəvət etdiyi müğənni mahnı oxuyur, bu da düşür ortalığa, ona qoşulub oynayır".

“Yeni Sabah” xəbər verir ki, bunu xalq artisti, məşhur diktor Sabir Ələsgərli aparıcıların efir mədəniyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib.

Diktor bəzi aparıcıların buna əməl etmədiyini təəssüf hissi ilə bildirib: Dominos pizza

"Efir mədəniyyəti olmalıdır. Ayıbdır, özünü ağır apar, axı sən aparıcısan, milyonlarla izləyici sənə baxır, sən efir davranışına əməl etməlisən. Aparıcı özünə hörmət etməyi bacarmalıdır ki, izləyiciləri də ona dəyər verib, hörmət etsin. Nə oturuşlarına-duruşlarına fikir verirlər, nə hərəkətlərinə, nə də danışıqlarına. Belə aparıcılara məsləhət görərdim ki, özlərinə hörmət etsinlər, dəyər versinlər, izləyicilərin rəğbətini qazansınlar. Sən aparıcı, ortalığa düşüb verilişinə dəvət etdiyin qonaqla rəqs edirsənsə, izləyicin sənə nə hörmət bəsləyəcək?". /Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!