“Sənin kimi insanların haramı olsun!“ - Rəksanə “od püskürdü“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Sənin kimi insanların haramı olsun!“ - Rəksanə “od püskürdü“ - Video

Şou

13 Aprel 2020 00:06 24412


Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailəyə yardım edib. Müğənni imkansız ailələrin 2 aylıq qida ehtiyacını öz üzərinə götürüb.

Yenisabah.az xəbər verir ki, Rəqsanə sosial şəbəkədə ərzağın az olduğunu iddia edən şəxlərdən birinin səsini yayımlayıb.

Əsəblərinə hakim ola bilməyən ifaçı sözügedən xanıma sərt cavab verib: Pepperoni pizza

"Görün biz nə qədər insafsız insanlarıq, nə qədər vicdanımız çirkindir ki, bunları deyirik. Mənə bir səs atıblar, xahiş edirəm o səsin sahibi mənimlə əlaqə saxlasın. Səsi yaymaqda məqsədi nədir? Deyir guya mən qutulara ancaq pomidor, alma və peçenya qoymuşam. Bu adam çıxsın ortalığa! Ayıbdır, utanın, girin yerə! Bu da bizim yaxşılığımızdır?! Nə sənin dədənə mənim borcum var, nə də dostlarımın. Bu mənim Allah yanında etdiyim şeydir. Niyə adamı peşman edirsiniz? Sənin əgər 2500 rubl taksiyə verməyə pulun vardısa, o pula ərzaq alıb yeyərdin. Elə sənin kimi insanların haramı olsun! Elə o da sənə çoxdur. Ayıb olsun sizə!".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!