“Ayıq sürücü”nün səhvi: “Bunu etmək həmişə müəyyən problemlər yaradacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Ayıq sürücü”nün səhvi: “Bunu etmək həmişə müəyyən problemlər yaradacaq”

Mədəniyyət

07 Aprel 2025 15:54 1352


“Yuxu” filmində Nərbatan, “Əlvida cənub şəhərində” Loran kimi qeyri-mövcud qəsəbələrin adları qeyd olunur. Düşünürəm ki, həmin filmlərin istehsalçıları da məhz milli düşüncəni nəzərə alıb ümumiləşdirilmiş, özlüyündə təxəyyül məhsulu olan məkan adlarını filmdə hallandırıblar”.

Bu sözləri "Yeni Sabah"a prodüser Fehruz Şəmiyev deyib.

O bildirib ki, istənilən filmə hansısa yaşayış məntəqəsi sakinlərinin etirzı kino üçün yaxşı hal deyil: Dördpendirli pizza

“Bu tip hadisənin baş verməsi kinomuz üçün yaxşı hal hesab oluna bilməz. Filmlərimiz belə hadisələrlə yadda qalmamalıdır. Məncə, "Ayıq sürücü" filmində konkret qəsəbənin adının hallanması və buna qarşı etirazın mövcudluğu milli düşüncədən irəli gəlir.

"Ayıq sürücü" yerli istehsaldır və tərəflərin istehsalçılara irad bildirmək imkanı var deyə, bu məsələ bir az da qabarıq şəkil aldı. Milli filmlərimizin bəzilərində hadisələrin baş verdiyi məkan ümumiləçdirilmiş formada qeyd olunub. Müzkirələrdə də bu filmlərin, məsələn, “Yuxu” filmində Nərbatan, “Əlvida cənub şəhərində” Loran kimi mövcud olmayan, özlüyündə təxəyyül məhslu olan qəsəbələrin adları qeyd olunur. Düşünürəm ki, həmin filmlərin istehsalçıları da məhz milli düşüncəni nəzərə alıb ümumiləşdirilmiş məkan adlarını filmdə hallandırıblar”. 

F. Şəmiyev diqqətə çatdırıb ki, dünya kinosunda da bənzər nümunələr yetərincə mövcuddur:

“Bununla belə, dünya kinosunda yetərincə filmlər var ki, hətta xalqı aşağılayan ifadələr işlədilib. Amma bədii material olduğu üçün bu həmin filmdəki obrazın yanaşması kimi qiymətləndirilir. Məsələn, İkinci Dünya müharibəsinə aid filmlərin bəzilərində alman xalqına qarşı yetərincə kobud təhqiramiz ifadələr işlədilib.

Xatırlayıram ki, Hollivud istehsalı olan “İsgəndər” tarixi filmində hindistanlılar haqqında obrazlardan biri mənfi fikirlər söyləyir. Bu tip hadisələr müxtəlif filmlərdə var və olacaq. Amma "Ayıq sürücü"də istehsalçı və özünü aşağılanan saymış tərəflər, yəni hər iksi azərbaycanlıdır və milli xüsusiyyətimiz, dəyərlərimiz baxımından bunu etmək həmişə müəyyən problemlərə gətirib çıxaracaq".

Xatırladaq ki, "Ayıq sürücü” filmi Buzovna sakinlərinin etirazına səbəb olub. Filmdə təkcə qəsəbənin adı yox, həm də konkret ünvan - Sultanova küçəsinin adı səslənib.

Film yaradıcılarının Buzovna sakinləri ilə görüşündən sonra ”Buzovna" sözü ekran işindən çıxarılıb. Üstəlik, qəsəbə sakinlərinindən üzr istənilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!