AYNA bir avtobusun marşrutunu dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

AYNA bir avtobusun marşrutunu dəyişdi

Sosial

31 Oktyabr 2025 14:01 246


Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

"Yeni Sabah" AYNA-ya istinadla xəbər verir ki, sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirəcək.

Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir. pizza mizza

Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq artırılacaq.

Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçirilir. Gedişhaqqı 0.80 AZN təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!