Aynişan anasını kövrəltdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aynişan anasını kövrəltdi - VİDEO

Şou

07 Mart 2025 10:53 345


Son günlər sosial şəbəkədə gündəm olan "Türkish delight" trendinə bu dəfə Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva qoşulub. 

Yenisabah.az xəbər verir ki, Aynişan Türkan Şoray makiyajını edib. Onun makiyajdan sonra Türkan Şoraydan çox anası A.Haşımovanın cavanlığına bənzəməsi diqqət çəkib. 

 Sözügedən görüntüləri blogerin anası özünün sosial şəbəkə hesabında paylaşaraq  kövrəldiyini qeyd edib: pizza sifarişi

"Bəzən keçmişinə baxanda özünü unudulmuş bir nağılın səhifələrində tapırsan… Amma bu dəfə o səhifələri qızım Ayni açdı. Türkan Şorayın məşhur videosunu paylaşaraq sonda mənim gənclik şəkillərimi əlavə edib və oxşarlığımızı göstərib. Bu gözəl sürpriz mənə həm sevinc, həm də kövrəklik yaşatdı. İnsan özünü bir anda illər əvvəlki kimi hiss edir…O gənc qızın gözlərindəki işıq hələ də mənim qəlbimdə yanır. Tamaşaçıların isti münasibəti, gözəl sözləri isə bu anı daha da dəyərli etdi. Aynim, yavrum, mənim sevgim, sən mənim ən böyük xəzinəmsən. Bu duyğunu mənə yaşatdığın üçün sənə minnətdaram. Sən mənim ən böyük Ulduzumsan".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!