Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva qələbə münasibəti ilə xalqımızı təbrik edib.
Yenisabah.az xəbər verir ki, bloger şəhid olan atasının məzarını ziyarət edərək sosial şəbəkə hesabında görüntüləri paylaşıb.
O, "Al qırmızı tökülən qanların sayəsində başımızdakı qara yaylığı açıb, yasdan çıxdıq. Hər bir şəhidin ruhu qarşısında canımız fəda olsun. Onlar bizi daha cəsur, qorxmaz etdi. Onlar bizə mənliyimizi, qürurumuzu geri qaytardı. Azərbaycanın qeyrətli oğulları ilə fəxr edirəm. Qayıdan hər qarış torpaqda qan var, şəhidlərimizin qanı. Və bu torpağı, bu vətəni göz-bəbəyimiz kimi qorumalıyıq ki, onlar bizə yaşamağı, bu torpağın suyunu, çörəyini halal etsinlər”-, deyə videoya şərh yazıb. Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız