Aynişan müəllimi ilə nişanlanıb - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aynişan müəllimi ilə nişanlanıb - Foto

Şou

22 Dekabr 2019 10:42 1584


Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, aktrisa Aynişan Quliyevanın nişan mərasimi keçirilib. Sənətçi bu barədə özü məlumat versə də, nişanlısının kimliyini hər kəsdən gizlədib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, A.Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə nişanlanıb.

Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər. pizza mizza

Aynişan nişanla bağlı paylaşımına “Hər şey “Salam, Aynişan xanım, xoş gəlmisiniz” sözləri ilə başladı” şərhini yazıb.

Qeyd edək ki, K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!