Aynişan xaricə köçür?   - “Hər şey ola bilər“

saytların hazırlanması

Evə çatdırılma

Aynişan xaricə köçür? - “Hər şey ola bilər“

Şou

28 İyul 2021 15:33 6220


Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva ona ünvanlanan suallara cavab verib.

Yenisabah.az xəbər verir ki, bir müddətdir Ukraynada olan bloqer sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

- Biri sizi sevmirsə, o insandan vaz keçərsiz? Toyuqlu pizza

 - Sevgi yalnız  ikitərəfli olanda gerçəkdir və xoşbəxt edir.

- Bakıya nə vaxt qayıdacaqsınız? Bəzən xaricə gedib həmişəlik orada qalacağınızı düşünürəm...

- Həyatdır... Hər şey ola bilər. Mən eyni yerdə çox qala bilmirəm. Dəyişiklik etmək həyat keyfiyyətini artırmaq üçün əsas şərtdir.

- Bir daha o səhvi etmərəm dediyiniz bir şey var?

- Çalışıram yaşadıqlarıma “səhv” adı verməyim.  Amma təbii ki, aldığım həyati dərslər eyni situasiyada artıq fərqli və ağıllı davranmağıma kömək edir.

- Biz əvvəlki sevgi  dolu Aynişanı görmək istəyirik...

- Əslində, əvvəlki Aynişandan daha sevgi doluyam.  Yəqin sadəcə sizə ötürə bilmirəm.

- Biz əvvəlki Aynişan üçün darıxmışıq...

 - Qızlar, mənə nə olub axı? Necə görsənirəm kənardan? Vallah, əvvəlkindən min dəfə yaxşıyam, şükür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!