Əməkdar artist Aybəniz Haşımovanın bir neçə gün öncə Bakıya dönən qızı Aynişan Quliyeva izləyicilərinin suallarını cavablayıb.
Yenisabah.az xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 29 yaşlı bloqqer bu haqda gələn sualları cavablandırmaqdan imtina edib:
- Gün ərzində evdə olsanız, nə edərdiniz? Sezar pizza
- Film izləyib otağımı təmizləyərəm.
- Sizcə, xəyanəti bağışlamaq olar?
- Allah rızası üçün belə suallar verməyin, sonra manşet oluram.
- Bir dahaki səfəriniz hansı ölkəyə olacaq?
- Bu dəfə heç nə paylaşmadan sizi birbaşa oradan salamlayacağam. Sizcə, hara olacaq?
- Ofisinizdə hansı işlərlə məşğulsunuz? Oranı hansı məqsədlə istifadə edirsiniz?
- “İnstagram” işlərim, çəkilişlər və iş birlikləri üçün istifadə edirəm. Bəziləri bunun iş olduğunu hələ də başa düşməsə də, bu, işdir. Özü də əslindən!
- 20 yaşınıza geri dönsəydiniz, hansı ölkədə yaşamağı seçərdiniz?
- Əslində, burada xoşbəxtəm, çünki çevrəmi özüm seçmişəm. Getdiyim yerləri bəyənirəm və işimi qurmuşam. 20 il öncə yox, 20 il sonra harada yaşayacağımı bilirəm. Sağlıq olsun.
- Ağrıyanda, yaxud kefsiz olanda nələr edirsiniz?
- Otağıma qapanıram. Məni ruhən özümdən başqa heç kəs sağalda bilməz.
- Qoç bürcü ilə sevgili olanlara nə məsləhət verərsiniz?
- Süründürün! Onlar çətini sevirlər.
Telegram kanalımız