Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə...

saytların hazırlanması

Evə çatdırılma

Aynişanın boşanmasını reklam adlandırdı, sonra isə...

Şou

12 Avqust 2020 08:52 2342


Xalq artisti Naibə Allahverdiyeva Aynişan Quliyevanın həyat yoldaşından ayrılmasını reklam adlandırmasına münasibət bildirib.

“Yeni Sabah” bildirir ki, sənətçi ''ölkə.az''-a açıqlamasında yayılan xəbərlərin saytların reklamı olduğunu düşündüyünü deyib.

''Jurnalistlərdən biri sosial şəbəkədə Aynişanın ayrılması barədə məlumat yazmışdı. Eşidəndə çox məyus oldum. Çünki Aybəniz Haşımova ilə biz sənət yoldaşıyıq. Onun da, gözünün ağı qarası bircə qızı var. Mən videolardan görürdüm ki, Aybəniz xanım toyda necə xoşbəxt idi. Ötən gün bir çox saytlarda Aynişanın ayrılması ilə bağlı xəbər görəndə, ayrılmalarına inanmadım. Elə düşündüm ki, bu saytların reklamıdır. Çünki, nə Aynişan, nə də Aybəniz xanım ayrılıq xəbərlərini təsdiqləməyiblər''. pizza mizza

Qeyd edək ki, ötən gün Aynişan Quliyeva ilə həyat yoldaşı Kənanın ayrılıq xəbəri yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!