Ayrılmaq istəyən sevgilisini amansızlıqla qətlə yetirdi -   Rusiyada dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Ayrılmaq istəyən sevgilisini amansızlıqla qətlə yetirdi - Rusiyada dəhşət

Kriminal

23 Fevral 2021 13:13 1727


Rusiyada 23 yaşlı Vera Pexteleva keçmiş sevgilisi tərəfindən qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, ayrılıq qərarı ilə razılaşmayan 24 yaşlı Vladislav Kanyus əvvəlcə 3 saat yarım Veraya işgəncə verib, daha sonra isə ütü kabeli ilə boğaraq öldürüb.

Bildirək ki, Veranın kömək fəryadını eşidən qonşular polisə zəng ediblər, lakin vəziyyətin “ailə münaqişəsi” olduğu deyilərək hadisə yerinə polis qrupları göndərilməyib. Dominos pizza

Sibirin Kemerovo şəhərində baş verən hadisədə qonşular Veranın qaçmağa çalışdığını, lakin sevgilisinin ona imkan vermədiyini vurğulayıblar.

Faktla bağlı araşdırma davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!