Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılıb.
Axşam.az-ın məlumatına görə, Ramilin ayrılıq xəbərini təsdiqləməsinin ardından Aysun da məsələyə münasibət bildirib:
"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq". pizza
Telegram kanalımız