Müğənni Aysun İsmayılova yeni həyata qədəm qoyur.
Yenisabah.az xəbər verir ki, bu barədə ifaçının paylaşımında qeyd olunub.
“Total body sculpturing” və incə bel əməliyyatı etdirən müğənni həyatını dəyişməyə gözəllikdən başladığını da açıqlayıb: pizza sifarişi
“Nəhayət ki, uzun zamandır planladığım “Total body sculpturing” o cümlədən, “ İncə bel” əməliyyatlarını həyata keçirtdim. Əməliyyatımı savadına güvəndiyim yeganə doktorum plastik cərrah Dilqəm Məhərrəmov həyata keçirdi. Uzun illər öncə burun əməliyyatımı da çox uğurlu etmişdi. Onun sayəsində bütün komplekslerimdən azad oldum”.
Qeyd edək ki, “Total body sculpturing” əməliyyatı bədənin müxtəlif nahiyələrindəki piylərin liposaksiya ilə çıxarılması və bədənin ümumi formasının daha estetik görünüş alması üçün yenidən şəkilləndirilməsidir. Bu prosedur qarın, bel, omba, bud və qollar kimi bölgələrdə tətbiq olunur və bəzən piyin başqa nahiyələrə transferi ilə kombinə edilir. Məqsəd bədəni daha tarazlı və ideal forma gətirməkdir.
Aytac Şahin
Telegram kanalımız