Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı   -  “Xoşbəxtəm”

saytların hazırlanması

Evə çatdırılma

Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı - “Xoşbəxtəm”

Şou

11 Sentyabr 2023 13:27 7196


Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov yeni münasibətə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

Bundan əvvəl əlində şərab qədəhi, həzin musiqi sədaları altında görüntülərini paylaşan Cəlilovun müzakirələrə səbəb olmuşdu. Onun paylaşımına "Daş kimi qızsan, ancaq domino daşı. Əldən-ələ keçirsən..." -  şərhi yazması hər kəsi çaş-baş salmış, keçmiş xanımı üçün darıxması söz-söhbəti doğurmuşdu. pizza

Daha sonra E.Cəlilov sözügedən paylaşımını silərək, həyatında yeni adamın olduğunu açıqlayıb:

"Hər birinizdən xahiş edirəm ki, keçmiş həyatımla bağlı yazmayasınız. Bu söhbət bitib. Allah hər kəsi xoşbəxt eləsin! Mənim hansısa paylaşımım keçmiş həyatıma aid deyil. Açıq deyirəm, xahiş edirəm, bu mövzunu unudaq. Çünki həyatımda insan var və mən xoşbəxtəm!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!