Aytən Səfərova: “Bəzi kişilər var ki...”

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova: “Bəzi kişilər var ki...”

Şou

31 Oktyabr 2024 18:59 1413


"Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".

Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:

"Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". pizza sifarişi

Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, ondatoyxanada gəlininlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə gedirsə... Bu, absurddur. Ailədə hörmət qarşılıqlı olmalıdır. Bu yaxınlarda bir tanışım haqqında eşitdim ki, qızla oğlan yeni nişanlanıb. Oğlan qıza deyib ki, maaş kartını anama verəcəksən. Qız deyib ki, valideynlərim mənə təhsil almağa dəstək olub, işlə təmin edib. İndi kartımı qayınanama verəcəm!? Oğlanlar deyirlər, telefon qızları korlayıb. Xeyr".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!