Aytən Səfərova: Camaat yasa gəlib aş gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova: Camaat yasa gəlib aş gözləyir

Şou

19 Yanvar 2025 12:40 330


"Əvvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İndi isə yas mərasimi üçün götütürlər. İnsan bilmir ölüsü ilə məşğul olsun, yoxsa camaatı yola salsın. Camaat gəlib aş gözləyir. Bu düzgün olan bir şey deyil. Başsağlığı üçün gəlmisən, qarnını doyurmağa yox".

Yenisabah.az axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib.

O, yas mərasimində yemək verməyən ailələrin qınaqla üzləşdiyini də qeyd edib: pizza mizza

"Qınayanlar var, amma başınıza gələndə biləcəksiniz. Qarğış mənasında demirəm. Çünki hər bir ailədə baş verə biləcək hadisədir. Qınamaq ayıbdır. Elə insanlar var ki, deyir, nahara yasa gedəcəyəm, qəşəng yeyib gələcəyəm.

Yasda ən yaxşısı çay, halva, qənd və konfet verməkdir. Çünki insanlar onsuz da mənəvi yükün altındadır, üstəgəl də maddi yükün altına girirlər ki, qonşu filankəs "atasının yasında yemək vermədi" deməsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!