Aytən Səfərova şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova şikayətləndi

Şou

13 Oktyabr 2024 17:06 2161


"Açığı deyim ki, uşağımla dərs edə bilmirəm. Deyirəm ki, İlahi, mənə səbr ver, qonşuların qabağında biabr olmayım. Çünki uşaqla otururam ev tapşırığı etməyə, sonra deyirəm ki, yox dəhşətdir. Zombi kimi insan əsəbləşir".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib. O, uşaqların dərs yükünün çox olmasından şikayətlənib:

"Bir maşın sürmək mümkün deyil, baxırsan naşı sürücülər sağdan-soldan çıxır. Bir də uşaqla ev tapşırığı etmək üçün psixoloqa müraciət etmək lazımdır. Onsuz mümkün deyil, niyə uşaqlarda bu qədər dərs yükü var? Son 10 il ərzində məktəblərdən hansı alimlərimiz çıxıb? Uşaqların dərs yükü artdıqca, keçid balları ildən-ilə aşağı düşür. Buna bir əncam çəkiləcək ya yox, bu bir ritorik sualdır. Dərs yükü niyə bu qədər qəlizləşdirilib? Məkətəbə bir dərsdən 3 iş dəftəri aparırlar. Fəhlənin çiyninə 3 kisə sement verirsən, əyilir. Uşaq da çantanı çiyninə qoyanda beli əyilir". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ AYTƏN XANIM BÜTÜN SİSTEM ELƏ İDARƏ EDİLİR. TƏHSİLİ DƏ BACARIQSIZ, LAKİN ARXALI MƏMURLAR İDARƏ EDİRLƏR. YENİ SİSTEMDƏ EVƏ TAPŞIRIQ VERİLMƏMƏLİDİR.
    2 years ago