Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin   FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

Hadisə

17 Aprel 2024 22:26 2076


Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin fotosu yayılıb.

Yenisabah.az xəbər verir ki, Düz TV səhifənin yaydığı məlumata görə, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu.

Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. Dominos pizza

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!