Aytən Səfərova namizədliyini geri götürüb? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova namizədliyini geri götürüb? - Açıqlama

Şou

24 Yanvar 2020 07:20 1563


Aparıcı Aytən Səfərovanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən namizədliyini geri götürməsi ilə bağlı iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, aparıcı bununla bağlı açıqlama yayıb. O, iddiaların yalan olduğunu, bunu seçicilərdə inamsızlıq yaratmaq üçün etdiklərini bildirib:

“Əziz ağsululular və ismayıllılılar, 9 fevral 2020-ci növbədənkənar parlament seçkilərində mənim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən olan opponentim gözəl həkim, ziyalı Araz Bayramov öz namizədliyini geri çəkdikdən sonra (təəssüf), mənim də analoji addım atacağım barədə şayiələr dolaşır. Və ya qəsdən dolaşdırılmaqda, camaat arasında çaşqınlıq, seçicilər arasında inamsızlıq yaradılmaqdadır. Bu şayiələrin heç bir əsası yoxdur, mən bu gün də öz seçkiqabağı təbliğat və təşviqat kampaniyamı davam etdirməkdəyəm. 87 saylı DSK namizədləri arasında bu gün sadə xalqın, seçicilərin ümidlə millət vəkili olacağını gözlədiyi, sözlərini nəhayət ki, çəkinmədən deyəcəyinə böyük inamı olduğu nömrə bir real namizədəm. Cənab Prezidentə, dövlətimə, son islahatlara görə hədsiz təşəkkürmü bildirirəm. Bu prosesə  kölgə salmaq  istəyən ünsürlər barəsində isə ciddi tədbirlərin görüləcəyinə əminəm. 9 fevral tarixində hamı seçkilərə! Səsiniz gəlsin!” pizza hut

Qeyd edək ki,  Aytən Səfərova fevralın 9-da keçiriləcək parlament seçkilərinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!