Ayxan Hacızadə: İrəvan ərazi iddialarından əl çəkməlidir

saytların hazırlanması

Evə çatdırılma

Ayxan Hacızadə: İrəvan ərazi iddialarından əl çəkməlidir

Siyasət

09 Yanvar 2025 17:40 303


Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.

Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: Toyuqlu pizza

"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:

"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!